İsmayıllıda əmək yarmarkası keçirilib

Tarix: 14-4-2015 // saat: 21:50
Aprelin 14-də Gənclər Mərkəzində keçirilən əmək yarmarkasından  öncə işaxtaranlarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov yarmarkada təklif olunan vakant iş yerləri haqqında məlumat verib. Daha sonra çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əmək yarmarkalarının keçirilməsinin əhəmiyyətindən, İsmayıllı rayonunun perspektiv inkişafından danışıb. Yarmarkada 46-sı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Onlardan 122-i qulluqçu, 144-ü fəhlə peşələri üzrə olan iş yerləri olub. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də, iştirak etdiyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN