Xəbərlər "Breyn-rinq" intellektual bilik yarışmasının " İsmayıllı Kuboku " adlı rayon birinciliyi keçirildi

Tarix: 11-4-2015 // saat: 19:16
11 aprel 2015-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə İsmayıllı rayon Gənclər və İdman idarəsi,  İsmayıllı İntellektual Oyunlar klubu və YAP Gənclər Birlyinin birgə təşkilatçılığı ilə faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə "Breyn-rinq" intellektual bilik yarışmasının " İsmayıllı Kuboku " adlı rayon birinciliyi keçirildi.
Tədbiri 3 saylı məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov açaraq yarış iştiakçılarına uğur arzuladı. Rayon Gənclər və idman İdarəsinin rəisi Taleh Salehov ölkəmizdə gənclərə və idmançılara göstərilən diqqət və qayğıdan ətraflı danışdı  və iştirakçılara uğurlar arzuladı. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 18 komanda öz biliyini sınağa çəkdi. Birinci yeri, "İsmayıllı kubokunu "  Ruşan kənd tam orta məktəbinin "Şəfəq" komandası, ikinci yeri İDHTK-nin "Aktivlər" komandası, üçüncü yeri şəhər  2 saylı tam orta məktəbin eyniadlı komandası qazandı. Birinci yerin qalibi kubok və diplom, ikinci və üçüncü yerin qalib komandaları isə qiymətli hədiyyə və diplomlarla Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırıldı.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN