İsmayıllıda “Riyazi məntiq” olimpiadası keçirilib

Tarix: 11-4-2015 // saat: 19:13
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun məktəbliləri arasında “Riyazi məntiq” olimpiadası keçirilib. AZƏRTAC xəbər verir ki, şəhər 5 nömrəli tam orta məktəbində keçirilən bilik müsabiqəsinin açılışında rayon icra hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika- riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov olimpiadanın məqsəd və vəzifələrindən danışıblar. Təhsil ilə elmin vəhdət təşkil etdiyini və bir-birini tamamladığını diqqətə çatdıran natiqlər bu cür tədbirlərin Azərbaycan elminin ölkə üzrə ictimailəşdiriməsi, akademiya üçün gələcək istedadlı alimlərin müəyyənləşdirilməsi və onların elmə cəlb edilməsi baxımından təqdirəlayiq olduğunu vurğulayıblar. Çıxışlarda olimpiadanın İsmayıllıda keçirilməsində rayonun “Gənclər paytaxtı-2015” seçilməsinin mühüm səbəblərdən olduğu qeyd edilib. Açılışdan sonra müsabiqəyə start verilib. Əvvəlcədən müəyyənləşdirilən formata uyğun olaraq olimpiada üç mərhələdə keçirilib və məktəblilərin riyazi bilikləri ixtisaslı alimlərdən təşkil olunan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən ”Riyazi məntiq” olimpiadasında şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri müvafiq olaraq birinci və ikinci yerləri, Təzəkənd kənd məktəbinin şagirdləri isə üçüncü yeri tutublar.
http://azertag.az/xeber/845733

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN