İsmayıllı məktəbliləri ümummilli lider Heydər Əliyevin irsini böyük maraqla öyrənirlər

Tarix: 11-4-2015 // saat: 19:08
İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris olunan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər davam edir. AZƏRTAC xəbər verir ki, aprelin 10-da keçirilən növbəti açıq dərsdə Talistan və Təzəkənd kənd tam orta məktəblərindən 67 şagird iştirak edib. Müəllim Hacalı Səlimovun tədris etdiyi dərs canlı ünsiyyət, şagirdlərin yüksək fəallığı şəraitində keçib. Ulu Öndərin həyatının Moskvadakı dövrü ilə bağlı məlumatları diqqətlə dinləyən şagirdlər bu dahi insanın Azərbaycanda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldiyi dövrdəki gərgin və əvəzsiz xidmətləri barədə bilgilərə böyük maraq göstəriblər. Bu da əlbəttə, görkəmli dövlət və siyasi xadim Heydər Əlyevin ötən əsrin 90-cı illərinin əvvəllərində, demək olar ki, sahibsiz qalan, anarxiyanın hökm sürdüyü Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti ilə bağlı idi. Məhz xalqımızın bu böyük oğlunun uzaqgörənliyi və fədakarlığı sayəsində əsas problemlər dəf edilib və ölkə inkişaf yoluna çıxarılıb. Məktəblilər 1999-cu il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə iqtisadi dirçəlişin əsasının qoyulması, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, sosial siyasət, təhsil siyasəti barədə məlumatları böyük maraqla dinləyiblər. Təsadüfi deyildir ki, Ulu Öndərin, daha sonra onun siyasi varisi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və məqsədyönlü fəaliyyətləri nəticəsində bu gün Azərbaycan regionun ən qüdrətli ölkəsidir. Dərs prosesində şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı fotoşəkil və sənədlər barədə geniş məlumat verilib.
http://azertag.az/xeber/845455

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN