İsmayıllıda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində növbəti aksiya

Tarix: 10-4-2015 // saat: 20:07
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində İsmayıllı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının, meşə mühafizəsi və bərpası müəssisəsinin işçilərinin, eləcə də Diyyalı və Təzəkənd kənd məktəblərinin müəllim və şagirdlərinin iştirak etdikləri aksiyada 380 ədəd müxtəlif cinsdən olan ağac tingləri, əsasən də akasiya, ağcaqayın, çinar və göyrüş ağacları əkilib. Aksiya zamanı ağac əkini İsmayıllı-Muğanlı yolunun kənar ərazilərində aparılıb. Əkindən əvvəl ərazi kol-kosdan, daş və tullantılardan təmizlənib. Yeni əkilən ağaclar suvarılıb, mühafizəsi üçün tədbirlər görülüb. Rayonda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində tədbirlər davam etdirilir. Qeyd edək ki, İsmayıllıda təkcə 2015-ci ilin mart ayı və aprelin ötən müddətində keçirilən aksiyalarda 18 minə yaxın ağac əkilib.
http://azertag.az/xeber/845304

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN