İsmayıllıda şagirdlər üçün maarifləndirici təlimlər

Tarix: 10-4-2015 // saat: 10:00
“Saf Həyat Naminə” Gənclər İctimai Birliyi “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi ilə birgə “Məktəblilərin Media Akademiyası” və “Gənclərin fəlsəfə Məktəbi” mövzularında İsmayıllıda təlimlər keçirib.AZƏRTAC xəbər verir ki, təlimlərdə rayon icra hakimiyyəti başçının müavini Sevil Əhmədova, ictimai birliklərin sədrləri Nailə İsmayılova, Səbinə Abbasova, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, rayon təhsil şöbəsinin metodisti Vəfa Ağayeva, habelə 9-10-cu sinif şagirdləri iştirak ediblər. Layihənin əsas məqsədi regionlarda yaşayan yeniyetmə və gənclərdə müasir dünyagörüşün formalaşmasına çalışmaq, onları gələcəkdə qarşılaşacaqları problemlərə hazırlıqlı vəziyyətə gətirmək və rayonda yaşayan məktəblilərin və gənclərin internetdən düzgün istifadəsi yönündə geniş maarifləndirmə işini həyata keçirmək olub.
http://azertag.az/xeber/844840

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN