İsmayıllıda “Şahin” hərbi-idman oyunu keçirilib

Tarix: 9-4-2015 // saat: 14:18
Aprelin 7-də 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi ilə birgə məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da, artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında kömək göstərilməsi məqsədi ilə rayon məktəbliləri arasında keçirilən “Şahin ” hərbi-idman oyunu keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev və veteran Niyaz Ağayev iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, yarışın məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da, gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.
Digər natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. Dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğulanıb. Diqqətə çatdırılıb ki, dövlətimizin qayğısı nəticəsində ölkəmizdə istedadlı, çalışqan, vətənsevər, bacarıqlı gənclər yetişir. Onların inkişafı üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır.
Yarışda rayonun 20 tam orta məktəbi iştirak etdi. Ilk öncə komandalar təntənəli marşla tribuna önündən keçiblər və onların sıra hazırlığı səviyyəsi yoxlanılıb. Sonra “şahinlər” müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə görə I yeri 6 saylı tam orta məktəb, II yeri Diyallı kənd tam orta məktəb, III yeri 3 saylı tam orta məktəb tutub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN