Kürdəmirdə Şahin Hərbi-idman oyunu keçirilib

Tarix: 9-4-2015 // saat: 14:16
Aprelin 8-də Kürdəmir rayon Mərkəzi stadionunda rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə “Şahin” Hərbi-İdman oyunu keçirilib. Yarışda 43 ümumtəhsil məktəblərinin komandaları iştirak etdib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb. Sonra yarış açıq elan olunaraq mərhələlərə start veilib. Sıra hazırlığını Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin zabitləri qəbul edib. Sonra komandalar növbəti mərhələlərə buraxılıb. 8 mərhələdə keçirilən yarışın yekun nəticələri aşağıdaki kimi müəyyən olunub. Cöhranlı kənd tam orta məktəbin şahinləri I , şəhər 6 saylı tam orta məktəbin şahinləri II , şəhər 1 saylı tam orta məktəbin şahinləri isə, III yeri tutub.
Qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN