Ağsu rayonunda 11 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır

Tarix: 8-4-2015 // saat: 22:07
Ağsuda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan tədbirlər çərçivəsində veteranlarla gənclərin görüşü keçirilib. Əvvəlcə  Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunub. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə  rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəyeva faşizm üzərində qələbənin tarixi əhəmiyyətindən, qələbədə Azərbaycanın xidmətlərindən danışıb. S.Mirzəyeva Azərbaycan Prezidenti İlham Əliyevin “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2015-ci il 3 aprel tarixli Sərəncamına diqqəti cəlb edərək, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından bəhs edib. Görüşdə rayon veteranları təşkilatının sədri Camaləddin Zeynalov Böyük Vətən müharibəsində sovet ordusu sıralarında 3520 nəfər ağsulunun döyüşdüyünü, onlardan cəmi 1560 nəfərin geri qayıtdığını bildirib. Hazırda rayonda yaşayan veteranların dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib. C.Zeynalov cəbhəyə gedərək həlak olan, habelə geri dönən hər bir əsgərin keçdiyi çətin və şərəfli yolun bu gün gənclərimiz üçün bir nümunə olduğunu diqqətə çatdırıb. Çıxış edən veteranlar Əlmövsüm İmanov, Alış Mahmudov, Əbülfəz Şıxıyev cəbhə xatirələrindən danışıb, gəncləri doğma Vətənin hər bir çağırışına hazır olmağa səsləyiblər.



Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN