“Erkən nikahlanma, erkən maariflən!”

Tarix: 8-4-2015 // saat: 22:04
“Erkən nikahlar əksər hallarda boşanma ilə nəticələnir”. Bu fikirlər Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında keçirlən toplantıda səslənib. “Erkən nikahlanma, erkən maariflən!” mövzusunda tədbir keçirilən mərasimdə filialın direktoru Tünzalə Yusifova erkən nikahın mənfi cəhətlərindən bəhs edərək, bu istiqamətdə maarifləndirmənin vacibliyinə diqqət çəkib. Rayon məhkəməsinin sədri Təranə Hüseynova isə, məsələyə hüquqi cəhətdən yanaşaraq bildirib ki, nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. T.Hüseynova belə nikahlara gətirib çıxaran səbəblərdən danışıb. Mövzu ilə bağlı fikirlərini bölüşən rayon qeydiyyat şöbəsinin müdiri Səidə Novruzova azyaşlı qızların ailə qurmasının acınacaqlı hal olduğunu bildirib. O, qeyd edib ki, erkən nikah qızların ali təhsil almalarında da, mənfi rol oynayır. Həkim Nəzakət Abdulrazaqova da, məsələyə münasibətini bildirib. O, erkən nikahların tibbi cəhətdən fəsadları barədə məlumat verib. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN