Şamaxıda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib

Tarix: 7-4-2015 // saat: 20:47
Şamaxıda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Şahin” hərbi idman oyunu üzrə rayon birinciliyi keçirilib. AZƏRTAC xəbər verir ki, Şamaxı şəhərindəki Heydər Əliyev parkında təşkil olunan oyuna 21 məktəb üzrə 252 nəfər şagird cəlb edilib. Yarış sıra hazırlığı üzrə keçirilib. Çoxsaylı tamaşaçının böyük maraqla izlədiyi rayon birinciliyində Məlhəm kənd tam orta məktəbin komandası qalib gələrək Kürdəmir rayonunda keçiriləcək zona birinciliyinə vəsiqə qazanıb. Qalib komandaya Şamaxı rayon Gənclər və İdman İdarəsinin diplomu verilib.
http://azertag.az/xeber/844332

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN