Təhsil işçilərinin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə Rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heyder Əliyevin anadan olmasının 92- ci ildönümünə həsr olunan şahmat yarışı başa çatıb. Yarışda 25 nəfərdən çox təhsil işçisi qədim intellektual idman oyununda öz güclərini sınayıb. Maraqlı keçən yarışda şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Arif Babayev I , şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aydın Rəhimov II , Qubaxəlilli kənd tam orta məktəbin müəlllimi Famil Səfərov , III , Təzəkənd kənd tam orta məktəbin müəllimi Şərafəddin Rzayev isə, IV yeri tutub. Qaliblər RTŞ- si və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplomu və pul mükafatı ilə qiymətləndirilib. Birinci yeri tutan Arif Babayev aprel ayının sonunda Bakı şəhərində keçiriləcək Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb