Şamaxıda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 17 min ağac əkilib

Tarix: 6-4-2015 // saat: 14:59
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü əsasında reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Şamaxıda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri ilə yanaşı, sakinlərin də qoşulduğu aksiyada, ümumilikdə 4000 nəfər iştirak edib. Aksiya zamanı 1200-dən çox ağac, gül və bəzək kolları əkilib, şəhərdəki Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Kompleksinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, Şamaxının küçə və parklarında səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb.
Marafon çərçivəsində rayon ərazisində bu günədək ümumilikdə müxtəlif növ 17 min ağac əkilib.
Ağacəkmə kampaniyası davam edir.
http://azertag.az/xeber/843849 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN