Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı Soyqırımlar

Tarix: 4-4-2015 // saat: 20:17
Genosid - bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsidir. Ermənilər tarix boyu türk soyuna qarşı soyqırım keçirmiş, tarixi cinayətlərini ört-basdır etmək üçün özlərinə qarşı genosid əfsanəsi uydurmuş və indi də bəşəriyyətə yalan söyləməkdədirlər. Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımlarına məruz qalmış xalqlarındandır. Rusiya-İran müharıbələri nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycan  Rusiyaya ilhaq edildikdən sonra Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölüşdürülməsinin əsası qoyuldu, ona qarşı soyqırımlar dövrü başlandı. Terrorçu erməni təşkilatı olan “Daşnaküstyün”partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953 və nəhayət 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımlar törətmişlər. Məhz onların qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, Azərbaycanın qərb torpaqları olan ərazilərdə ( indiki Ermənistan) bir nəfər də olsa azərbaycanlı qalmamışdır. Çar Rusiyası Cənubi Qafqazın şimal hissəsində xristian əhalisini yerləşdirməklə, hələ XVIII əsrin əvvələrindən hazırlanmış planını gerçəkləşdirməyə başladı. Bu məqsədlə çarizmin müttəfiqi olan ermənilər kütləvi şəkildə İran və Türkiyədən şimali Azərbaycan torpaqlarına köçürüldü. Təkcə 1828-ci ildən 1840-cu ilədək Cənubi Qafqaza İrandan 40 mindən Türkiyədən isə 84 mindən çox erməni köçürülərək, Yelizavetpol və İrəvan quberniyalarının ən münbit  torpaqlarında yerlışdirildi. İrəvan,Naxçıvan  və Qarabağ xalqlarının ərazilərində məskunlaşdırılan ermənilər, çar Rusiyasının himayəsi altında 1828-ci il martın 21-də “Erməni vilayəti “ adlandırılan süni inzibati bölgə yaradılmasına nail oldular.  Bununla da  azərbaycanlıların əzəli torpaqlarından qovulmasının və soyqırımı siyasətinin bünövrəsi qoyuldu. Mifik “Böyün Ermənistan” ideaları təbliğ olunmağa başladı. Ermənilər I rus inqilabı dövründə yaranmış şəraitdən istifadə edərək, azərbaycanlılara qarşı geniş miqyaslı qanlı aksiyalar törətdilər. Ermənilərin 1905-ci ilin fevralında Bakıdan başlayan vəhşılikləri bütün Azərbaycanı və indi Ermənistan adlanan  Qərbi  Azərbaycan ərazisindəki yaşayış məntəqələrini əhatə etdi, yüzlərlə Azərbaycan kəndi dağıldı, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu vəhşiliklər ermənilərin “Azərbaycanlılarsız Ermənistan” kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətindən xəbər verirdi. Növbəti soyqırım 1918-ci iin martından erməni-daşnak S.Şamuyanın başçılıq etdiyi Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planı həyata  keçirilməyə başladı. Nəticədə martın 31-dən aprelin 2-dək təkcə Bakı şəhərində 15 mindən çox azərbaycanlı öldürüldü, 60 min insan qaçqın halında yaşamağa sövq edildi. 1918-ci ildə ermənilər Zəngəzurdz 115, Qarabağda 157, Qubada 122, İrəvan quberniyasında 211, Gəncə ətrafında 272,  Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisini vəhşicəsinə qətlə yetirmiş, kəndləri talan edərək yandırmışlar.Təkcə 1918-ci ildə Şamaxıda 2 min, Zəgəzurda 3 mindən çox, İrəvanda 135 min, Xoy və Solmos şəhərində bir gecədə 500 azərbaycanlı ailəsi, yəni 12 min nəfər insan qətlə yetirilmişdir. 1918-21-ci illərdə Naxçıvanın 100mindən bir qədər artıq əhalisi azalaraq, 1922-ci ildə 20 min nəfərə enir. Beləliklə, 1918-ci illərdə ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirmiş, xalqımıza mıxsus çoxlu milli mədəniyyət abidələrini məhv və talan etmişlər. Belə ağır vəziyyətdə azərbaycanlılar üçün tək çıxış yolu Osmanlı ordusundan yardım istəmək idi. Azərbaycanın faciəli vəziyyət xəbəri Türkiyəyə də yayılmışdı. M.Ə.Rəsulzadə  “Azərbaycan Cumhuriyyəti” əsərində yazmışdı: “Bu müşkil vəziyyətdən milləti qurtaracaq yeganə çarə Türkiyədi. Ümidlər ortaq idi. O, qardaş  millət gələcək, bizi düşmən əlindən qurtaracaq”. Bakının Azərbaycanın müstəqillinə qarşı barışmaz müvqe tutmuş qüvvələrdən  azad olunması üçün türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmış Qafqaz İslam ordusunun və onun tabeliyinə verilmiş Azərbaycan könüllü dəstələrinin ilk cəhdi 1818-ci ilin avqustun 5-də  göstərilmişdi. Qafqaz İslam Ordusu şərq cəbhəsi kamandanı  Mürsəl Paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətində Bakıya hücum oldu. Bakı Kommu sadiq qüvvələr hücumun qarşısını aldılar. Bu döyüşün nəticələri Qafqaz  İslam Ordusu  komandanı Nurupaşa, Əlahiddə  Azərbaycan korpusunun  komandanı Əliağa Şıxliniski və  onların rəhbərlik etdikləri qərargahlar tərəfindən  ciddi təhlil olundu. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində  1918-ci il sentyabrın 15-də Bakı şəhəri yabançı qüvvələrdən təmizləndi.Sentyabrın 16-da qələbə münasibəti ilə türk-Azərbaycan  hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Paradda Xəlil paşa, Nuri paşa,  Əliağa  Şıxliniski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan  Parlamenti və hökümətinin üzvləri, bu qələbəni sevinc və ruh yüksəkliyi ilə qarşılayan Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. 1918-ci il soyqırımı, erməni vəhşilikləri İsmayıllıdan  da yan keçməmişdi. 1918-ci ilin mart soyqırımında İsmayıllının Mücü kəndində 230 nəfər, Tircan kəndində 360 nəfər amansızlıqla qətlə yetirilmişdir. Tircan kənd ağsaqqalı İbrahim Əkbəroğlu tərəfindən yazılan 12 aprel 1919-cu il tarixli izahatda göstərilmişdir ki, 1918-ci  ilin martında kənddə ermənilər tərəfindən 300 kişi, 40qadın, 20 uşaq öldürülmüşdü. Evlərin yandırılması nəticəsində 3 milyon rubl, 2 min baş iribuynuzlu, min baş xırdabuynuzlu mal-qara məhv edilməklə 13 milyon rubl, ümumilikdə 21, 9 milyon rubl məbləğində ziyan vurulmuşdur. Zərnava kəndinin muxtarı Cəlal İbrahimoğlu tərəfindən imzalanan aktda kənddə 40 kişi, 4 qadın, 5 uşağın ermənilər tərəfindən qətlə yetirilməsi, 3,13 milyon rubl məbləğində camaata ziyan dəyməsi göstərilmişdir. Bizlan kəndində isə 50 kişi, 30 qadın, 20 uşaq öldürülmüş, 60 ev yandırılmış, 6,5 milyon rubl maddi ziyan vurulmuşdu. Mücü kəndinin məşədi Teymur Əliməmmədoğlu ifadəsində 150 kişinin, 55 qadının, 25 uşağın qətlə yetirildiyini 7,15 milyon rubl ziyan vurulduğunu göstərmişdir. Zeyvə kənd muxtarı Əlibaba Əşrəfoğlu öz  izahatında ermənilər tərəfindən 30 kişi, 20 qadın, 32 uşağın amansızcasına  qətlə yetirilməsini, cəmi 30 evin salamat qalmasını, qalan evlərin yerlə yeksan olmasını, əhaliyə 1,84 milyon rubl məbləğində ziyan vurulduğunu göstərmişdir. İsmayıllı ərazisində erməni vəhşilikləri haqqında bu vəhşilikləri Azərbaycandakı Türkiyə səfirliyinin 1918-1920-ci illərdəki  arxiv materiallarından əldə edilmişdir. Hacıhətəmli kəndində də ermənilər amansız qırğın və qarətlər törətmişlər. Göyçay istiqamətində döyüşlər ərəfəsində XKS-nin qoşunları əlverişləri şərait yaratmaq məqsədilə Hacıhətəmli kəndini hədəf seçiblər. Çünki bu kənd ermənilərin yaşadıqları kəndlərin əhatəsində  idi, coğrafi mövqeyinə görə Göyçaya yaxın idi və yüksəklikdə yerləşirdi. Kəndin alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqarı və bir neçə sakini qəddarlıqla qətlə yetirilmişlər. Uzun müddət orduya çağrılmadıqlarına görə silah atmağı bacarmayan kənd cavanları çar ordusuna xidmət edib, döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Gecə ikən ermənilər kəndə hücum edərək əhalini amansızlıqla qətlə yetirdilər. Bu ağır günlərdə Türk ordusunun əsgərləri kəndin köməyinə gəldilər. Onlar topların köməyi ilə hücuma keçəndə kənd cavanları da onlara qoşuldular. Mollaisaqlı kəndinin yaxınlığında “İrəmə” deyilən yerdə erməni hücumunun zərbəsindən bir türk çavuşu həlak olur, elə ordaca dəfn olunur. Sovet  dövründə türk qəbirləinə düşmən münasibət bəslənilsə də, kənd ağsaqqalı Həmid Ağayev türk çavuşunun qəbirini abadlaşdırmış, adamlar şəhidlər üçün ehsan verib, ruhlarına dualar  oxuyurdular. Hal-hazırda həmin yerdə Mustafa Çavuş  şəhidlik abidəsi, habelə Hacıhətəmli kənd qəbirstanlığında kəndi azad edərkən həlak olmuş türk əsgərlərinin şərəfinə abidə ucaldılmışdır. Abidənin üstündə yazılmışdır:  “Bu qəbirdə 1918-ci ildə Türk Qafqaz ordusuyla vətənin bu torpaqlarına gəlmiş, savaşmış, şəhid düşmüş Türk əsgərləri yatmaqdadır. Türklər kəndi azad etdikdən sonra Göyçaya gedən camaat doğma yurda gerı dönəndə, görürlər ki, kənddə salamat bina qalmayıb. Ermənilər kəndi talan etmiş, apara bilmədiklərinə od vurmuş, hətda kənd məscidini də yandırmışlar. Ermənilərin vəhşilikləri Diyallı kəndindən də yan keçməmişdir. 1918-ci ildə kəndə hücum edən ermənilər qoşununun bir hissəsi Qaraquş dağında yerləşərək  kəndi atəşə tutmuşlar. Diyallı  camaatı türk əsgərləri ilə bigə Qardurmaz dağının ətəklərində mövqe seçərək onları  məhv etmişlər. Ermənilər Yası dağı deyilən kəndi də atəşə tutmuşlar. Türkiyədə yaşayan Həbib Əfəndi  adlı Diyallı sakini ermənilərin kəndə hücum xəbərini eşidəndə Ənvər Paşadan kömək istəyir. Ənvər Paşa ona bir qoşun hissəsi verərək Diyallıya göndərir. Missiysını yerinə yetirdikdən sonra öz dəstəsi ilə Türkiyəyə qayıdarkən  bir erməni tərəfindən onların olduğu qatar qəzaya uğradılır.  1918-ci ildə ermənilər  Keyvəndi, Pirəliqasım kəndlərinə basqınlar ediblər. Pirəliqasım ilə Keyvəndi arasında Qanlı dərə  deylən bir dərə var. Pirəliqasım kəndinə  hücum etmiş ermənilər bu dərədə dəhşətli qırğın törədərək, dinc və günahsız insanları bura gətirərək bu dərədəki iri bir daşın üstündə onların başını kəsmişdirlər. Həmin insanlar o dərədə basdırılmışdır. Dərədəki həmin daş indidə durur. O zamandan indiyə kimi bu dərənin adı Qanlı dərə qalmışdır. Eyni hadisənin törədildiyi başqa bir Qanlı dərə Qubadadır. Minkə kəndinin  yolüstü qəbirstanlığında üzərində ay və beşguşəli ulduz olan bir türk qəbri var. Burada Ramiz adlı bir insan dəfn olunmuşdur. O, çox gənckən burada ermənilərə qarşı döyüşdə iştirak etmişdir. Sonra isə Özbəkistanda yaşamışdır. Ömrünün axır çağlarında yenə Minkəyə qayıtmış, burada vəfat etmiş və dəfn olunmuşdur. Azərbaycanın bütün bölgələrində türk qəbirləri müqəddəs bir ocaq kimi qorunur. İsmayıllı ərazisində müqəddəs yer olan Həzrə rayonun mərkəzinə yaxın olan Aşağıbaşda yerləşir. Bu yerlərin qədim insan məskəni olması buradakı qəbir daşlarının üzərindəki yazılardan görünür. Buradakı  məqbərə Ağsaqqal Şıxəli Məhəmməd oğlunun rəhbərliyi ilə əhalidən yığılmış ianə hesabına tikilmişdir. Ermənilərin talançı ordu hissələrindən biri də bu qəbirstanlıq ərazisində yerləşib. Ermənilər Aşağıbaş əhalisinin evlərini, mal-qaqalarını talan etmişlər. Taladıqları mal-qaranı kəsib Həzrə ərazisində yeyib-içən ermənilər səhər gec oyandıqlarından,  köməyə yetmiş türk ordusu onların şəhərə planlaşdırdığı qırğının qarşısını almışlar. Erməni daşnakları Quencə kəndində də  ağlasığmaz soyqırımı törətmişlər. Ermənilər kənddə olan silshlı  rus zabitlərinin köməyi ilə hücum etmişlər. Əhali yaşlıların köməyi ilə meşəyə aparılmış və bir müddət orada saxlanmışdır. Ermənilərə qarşı döyüşdə müdrik  kənd qğsaqqalı Sirac əfəndi var qüvvəsini millətinin xilas olmasına sərf  etmışdir. Ermənilər kəndə top mərmisi  atdıqdan sonra Sirac əfəndi bir dəstə adamı təhlükəsiz yerə aparmış, yenidən kəndə qayıdaraq başqalarını xilas etməyə çalışmışlar. O, kəndliləri “Dönən yerə” aparmışdır. Türk ordusu hücuma keçib ağır vəziyyətdə olan kəndi xilas etmişdir. Ermənilərin əhalidən aldığı silahlar yenidən kəndlilərə paylanmış və kənd cavanlarına silshdan istifadə qaydaları öyrədilmişdir.  Həmin cavanlar sonralar türklərlə birlikdə erməni daşnaqlarına qarşı döyüşdə iştirak etmişlər. Amansız soyqırımlar Göyçay  ərazisində də törədilmişdir. Göyçay qəzasının Kürdəmir kəndində daşnaklar 56 ev, 127 malikanə, 2 məscidi yandırmış, yerli imamın mənzilini talan etmişlər. Mənzilindən quranı, toplanan zəngin kitabxana yandırılmışdır. Göyçay qəzasındakı Cəngi, Qaravəlli, Qarabulaq, Mustafalı, Xəlil-Qasımbəy, Sadalı kəndlərinə bir çox obalar darmadağın edilmişdir. Qaraməryam və Göyçay rayonunda Ərvan dağının ətəyində 1918-ci ildə mərmər daşdan üzərinə abidə qoyulmuş türk qəbri var. Bu daşın üzərində ərəb əlifbası ilə yazılmış yazılar var. Bu abidələrin hamısı ən uca zirvələr- şəhidlik zirvələridir. Quba, Lənkəran ərazilərində də amansız soyqırımlar törədilmişdir. Amansız vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilmişdir. Lənkəranla Qızılağac arasındakı müsəlman kəndləri top atəşinə tutulmuş, yanvarda başlanan qırğın martda daha da şiddətlənmişdir. Lənkəran və Astara arasında gedən döyüşdə xalqımıza köməyə gələn türk sərkərdəsi Camal paşa 500 nəfərlə düşmənə qarşı mərdliklə vuruşmuşdur. 1920-ci ilin dekabrında bir xain tərəfindən Camal paşa vurulur. Onun cənazəsi Türkiyəyə aparılmışdır. Ermənilər bütün bəşəriyyətə qarşı törətdikləri bu ağır cinayətləri pərdələmək üçün özlərini riyakarcasına əzabkeş xalq kimi göstərməkdədirlər. Onların nədən öz arxivlərinin tarixçilərin üzünə açmadıqları, tarixdə baş verənlərə yalnız siyasətçilərin qiymət verməsinə səy göstərmələri bəllidir. Çünki onların iddia etdikləri məsələlərin araşdırılması alimlərin öhdəsinə buraxılarsa, onda əsl həqiqətlərdən bütün  dünya agah olar. İndiyədək çox az sayda  tarixçi-alim bu istiqamətdə müstəqil şəkildə obyektiv araşdırma aparıb. Onların da mövqeyi belədr: “Tarixdə heç bir erməni soyqırımı baş verməyib və ermənilərin iddiaları riyakarlıqdan başqa  bir şey deyil”. Vyana Universitetinin professoru Erix Fayql bu istiqamətdə tədqiqatları ilə əsl həqiqətləri dünyaya çatdırılmasında böyük rol oynayan  zəngin faktlar, sübutlar qoyub gedən alimlərdəndir. O, bir sıra sənədli filmlərin rejissoru olmuşdur. “Türklərin gəldikləri yerlər”, “Türklərin getdikləri yerlər”, filimlərindən sonra o, 1915-ci ildə Osmanlı imperiyası dönəmində baş vermiş hadisələri araşdırmış və faktlar əsasında obyektiv nəticələrə gəlmişdir. E.Fayql uzun illər apardıqları araşdırmalarla ermənilərin tarix boyu  riyakarlıqla dünya ictimiyyətini aldatdıqlarını, hələ Osmanlı  imperiyası zamanı türklərlə xəyanət etdiklərini, onların soyqıqım iddialarının uydurma olduğunu faktlarla sübuta yetirmişdir. E.Fayql  türklərin və Azərbaycan xalqının dünyanın ən qonaqpərvər, ədalətli xalqı olduğunu özünün elmi-publistik məqalələrində, mühazirələrində dəfələrlə vurğulamışdı. Görkəmlıi alim 2001-ci ildə və 2006-cı ildə keçirilən dünya azərbaycanlılarının qurultayına qatılmış və ermənilərin təcavüzkar siyasəti ilə bağlı çıxış etmişdir. E.Fayqlın 1986-cı ildə qələmə aldığı, 2006-cı ildə 12 dilə-Azərbaycan, imgilis, alman, fransız, rus, çin, yapon, fars, ərəb, ispan, koreya və  erməni dillərinə tərcümə edilərək bütün dünyaya yayılmış “Kəskin dönüş! Erməni mifologiyası və həqiqət” sənədlər toplusunda tarixi arxiv- materiallarına istinad edilərək erməni terrorçuluğu əks olunmuşdur. Tarix boyu ermənilərin himayəçisi olan, onları azğınlaşdıran Rusiya nümayəndələri özləri də ermənilərin əsl simalarını  etiraf etmişlər. Hətta  Çiçerin şərqdə işğalçı siyasət yeridənlərin erməni daşnakları olduqlarını etiraf etmişdir. Paris sülh konfransında İtaliyanın baş naziri Fransesko Nitti demişdir: “Cənablar, türklər ermənilərin uydurduğu kimi qəddar və zülümkar deyildi. Türklərin  bədbəxtçiliyi çox məkrli və hiyləgər ermənilərlə  əhatə olunmalarıdır. Paris sülh konfransının gedişində İngiltərənin xarici işlər naziri Jord Kerzon qeyd etmişdir ki, ermənilər özlərinin vəhşi davranışları ilə nə qədər qantökən bir xalq olduqlarını isbat etmişlər. XX əsrin sonralarında Sovetlər Birliyi zamanında ermənilər öz  havadarları  olan rusların köməyi  ilə torpaqlarımızı yenidən işğal etdilər. Azərbaycan torpaqları  hesabına  xəyali “Böyük Ermənistan  ideyasını reallaşdırmaq  məqsədi ilə Azərbaycana  qarşı ermənilər işğalçılıq siyasəti həyata keçirmiş, zaman-zaman çoxsaylı terror aksiyaları, kütləvi qırğınlar  deportasiya və soyqırımı kimi bəşəri cinayətlər törətmişlər. Xocalı soyqırımı təcavüzkar erməni baş kəsənlərinin və millətçi erməni şovinistlərinin Azərbaycan  xalqına qarşı həyata keçirdikləri növbəti qanlı aksiyası olmaqla, etnik təmizləmə siyasətinin növbəti cinayəti idi . Erməni cəlladları tərəfindən törətdilən Xocalı soyqırımı bəşər övladına qarşı azəri türklərinə qarşı ağıla gətiriləsi mümkün olmayan  ən qanlı cinayət aksiyası idi. XX əsrin ən dəhşətli faciələrindən hesab olunan Xirosima, Naqosaki kimi insan fəlakətli və kütləvi insan qırğınları  sırasında 1992-ci il fevralın 26-da törədilmiş xocalı əhalisinin ucadantutma məhv edilməsi ABŞ tərəfindən “İlin böyük faciəsi “ kimi qiymətləndirilmişdir. Xocalı soyqırımında iştirak edən bəzi rus zabitlərinin vicdanları sonradan onları tariaxi cinayətlərini etiraf etməyə məcbur etmişdir. Rus hərbiçisi V.Savelyev sonradan mərkəzə verdiyi gizli sənəddə yazmışdır: “Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərimin önündə baş verdi. İnsanların- uşaqların, qocaların, hamilə qadınların kəsilmiş bədənlərini unuda  bilmirəm.  Biz rusların zabit şərəfi  görün necə ləkələndi.” Bəli bu soyqırımda iştirak edən komandirlərindən birinin acı etirafı idi. Bəşəriyyət tarixində görünməmiş cinayətlər və soyqırımlar törətmiş ermənilər özlərinin əməllərini gizlətmək və insanların diqqətini yayındırmaq üçün özlərinə sərf edən “genosid” əfsanəsini uydurmaqdadırlar. Lakin tarixi həqiqətin bəyan olunduğu və meydana qoyulduğu gün gələcək. Günahsız insanların qanı yerdə qalmayacaq. O zaman bu qaniçənlərin havadarları da tarix və bəşəriyyət qarşısında necə mənfur rol oynadıqlarını anlayacaqlar.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN