Kürdəmirdə çağrışçı gənclər hərbi xidmətə yola salınıb

Tarix: 4-4-2015 // saat: 20:01
Aprelin 3-də rayonun Heydər Əliyev Parkında Kürdəmirin çağrışçı gənclərinin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, valideynlər çağrışçı gəncləri hərbi xidmətə yola salma mərasimində iştirak edib. Tədbir iştirakçıları, o cümlədən çağrışçı gənclər  Ulu Öndər Heydər  Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərə ehtiramlarını bildiriblər. Mərasimin açılışı zamanı Azərbaycanın Dövlət himni əzəmətlə səslənib. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəis əvəzi Rauf Mürsəlov Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə edib. Valideynlər adından çıxış edən Əliyusif Əsədov, adlı-sanlı əməkçi qadın Sevil Osmanova və başqaları çıxış edərək əsgəri xidmətə yola düşən çagrışçılara xeyir –dua verərək,onlara öz məsləhət və tövsiyyələrini bildiriblər. Mərasimdə çağrışçılar adından  Fərid Babayev çıxış edərək , ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını ,doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını bildirib. Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısnın İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli öz çıxışnda hərbi xidmətə yola düşən gəncləri ,onların valideynlərini təbrik edib. Sonda çağrışçılar məşhur “Azərbaycan “mahnısının sədaları altında Azərbaycan bayrağını öpərək , onun altından keçib hərbi xidmətə yola düşüb.



 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN