“Ümumrespublika Yaşıllaşdırma” marafonu İsmayıllıda davam edir

Tarix: 4-4-2015 // saat: 19:53
 İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda növbəti kütləvi ağacəkmə aksiyası keçirilib.Aksiya zamanı Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisindən keçən hissəsinin kənarında, eləcə də, bələdiyyə ərazilərində gün ərzində 1100 ədəd, ağcaqayın, göyrüş, çinar, eləcə də müxtəlif meyvə ağacları əkilib. Əkilən  ağacların suvarılması təmin edilib.Ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri iştirak edib.Ümumiyyətlə, mart-aprel aylarında rayon ərazisində 15 mindən artıq ağac əkilib.Ağacəkmə kompaniyası davam edir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN