İsmayıllıda Rus dili olimpiadası keçirilib

Tarix: 4-4-2015 // saat: 19:51
Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə “Rossotrudniçestvo” federal agentliyinin Azərbaycan Respublikasının Nümayəndəliyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, Rusiya Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə, zona üzrə 7-8-ci sinif şagirdləri arasında rus dili olimpiadası keçirilib. Yarışma  - şifahi qiraət və yazlı şəkildə keçirilib. Bilik yarışı görkəmli rus şairi Sergey Yesenin anadan olmasının 120-ci ildönümünə həsr olunub. Tədbirdə Rusiya İnformasiya və Mədəniyyət  Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Denisov  Valentin Petroviç, Rusiya əməkdaşlıq Təşkilatının Azərbaycan Nümayəndəliyinin əməkdaşı Jidkina Lyubov Timofeyovna, Azərbaycan Təhsil Nazirliyinin Nümayəndəsi Natiq Əliyev, İsmayıllı RTŞ-nin müdiri Rasim Orucov, RİH-nin baş məsləhətçisi Murad Məhərrəmov, RTŞ-si metodkabinetinin direktoru Hümbət Əsədov, İsmayıllı, Ağdaş və Bərdə məktəblərindən olan müəllim və şagirdlər iştirak edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN