İsmayıllı gəncləri “Bakı-2015” Avropa Oyunlarına könüllü oldular

Tarix: 4-4-2015 // saat: 19:48
İsmayıllı gənclərinin könüllülük fəaliyyətini artırmaq məqsədilə Gənclər və İdman İdarəsi İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclərlə görüş keçirib. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov könüllü və könüllülük haqqqında gənclərə məlumat verək bildirib ki, kollecin açılması rayona qaynar gənclik həyatı gətirib və gənclərin ictimai fəallığı artırıb. Bu il Azərbaycanda  keçiriləcək “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar regionlarda tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdən biri də, İsmayıllı rayonunda baş tutacaq. Bu məqsədlə rayona gələn turistlərin qarşılanması, tədbirin tərtibat işlərinə kömək  göstərilməsi məqsədilə tələbələr arasından könüllülər seçilib  və vəzifələri barədə onlara məlumat  verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN