Kürdəmirdə Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-ci ildönümü qeyd olunub

Tarix: 31-3-2015 // saat: 17:16
Martın 30-da Kürdəmir rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, MTN Kürdəmir rayon şöbəsinin rəhbərliyi və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan MTN Kürdəmir rayon şöbəsinin rəisi Babək Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin tarixi barədə və rayon şöbəsi tərəfindən görülmüş işlər,qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
Mərasimdə rayon prokuroru Əlixan Əliyev, rayon polis şöbəsinin rəisi Oqtay Məmmədov,rayon məhkəməsinin hakimi Rafiq Bağırov çıxış etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın Milli Təhlükəsizlik orqanlarındakı misilsiz tarixi xidmətlərindən, Azərbaycan Milli Təhlükəsizlik orqanlarının inkişafı naminə göstərdiyi fədakarlıqdan ,eləcədə Respublika prezidenti İlham Əliyevin Ulu öndər Heydər Əliyev ənənələrinin uğurlu davamı kimi Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğılar barədə konkret faktlar əsasında danışmış və MTN Kürdəmir rayon şöbəsinin bəzi əməkdaşlarını Fəxri Fərmanla təltif etmişdir.
Sonda MTN Kürdəmir rayon şöbəsinin rəisi Babək Məmmədov rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova MTN Kürdəmir rayon şöbəsinin işçilərinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN