Nəqliyyat naziri Şamaxıda vətəndaşları qəbul edib

Tarix: 30-3-2015 // saat: 20:50
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikamızın şəhər və rayonlarında vətəndaşları qəbul edir, onların müraciət və təkliflərini dinləyir, operativ tədbirlər görürlər. AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul nəqliyyat naziri Ziya Məmmədov tərəfindən martın 30-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Nazir Ziya Məmmədov əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən bölgələrdə nəqliyyatla bağlı çətinliklər, rayonlararası və kənddaxili yolların, körpülərin təmiri, işlə təminat və digər məsələlərlə bağlı olub. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər isə nəzarətə götürülərək həlli üçün aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan bir sıra müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbula gələnlər yaradılan şəraitə, onlara göstərilən diqqətə görə razılıq edərək, bölgələrdə bu cür qəbulların təşkilinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
http://azertag.az/xeber/842069

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN