Ağsu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Tarix: 30-3-2015 // saat: 20:48
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu martın 18-də Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlıq subyektlərindən 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və corab istehsalı müəssisələrinin, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Onların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin hamısı dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Martın 30-dan etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. 
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.
http://azertag.az/xeber/842071

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN