Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Tarix: 30-3-2015 // saat: 20:30
Hadisə Göyçay-Ucar yolunun 5-ci kilometrliyində, Göyçayın Hüngütlü kəndi ərazisində qeydə alınıb. Ucar rayonu Alpoud kənd sakini, 42 yaşlı Abdullayev Fərhad Qubad oğlunun idarə etdiyi  “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Sürücü ağır bədən xəsarətləri alıb, həyat yoldaşı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva isə, hadisə yerində dünyasını dəyişib. F.Abdullayev Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN