Ağsu rayonunda qətl hadisəsi törədilib

Tarix: 28-3-2015 // saat: 20:17
Martın 28-də Ağsu rayon  sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M.Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb. Qeyd edək ki, qətlə yetirilən M.Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN