Şamaxı–Padarçöl avtomobil yoluəsaslı təmir olunur

Tarix: 26-3-2015 // saat: 20:26
Şamaxı rayonunda 53 kilometrlik Şamaxı-Padarçöl avtomobil yolunun 27 kilometrində əsaslı təmir və yenidənqurma  işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, rayonun 16 kəndində 26 min 500 nəfərə yaxın sakinin istifadə etdiyi yolun əsaslı təmiri “Azəryolservis” ASC-nin sifarişi ilə həyata keçirilir. Artıq Padar stansiyasından Şamaxının ÇölGöylər kəndinədək olan yol istifadəyə verilib. Yolun Dağ Göylər-Şamaxı ərazisindəki 7 kilometrlik hissəsinə asfalt örtük vurulub. Avtomobil yolunda işlərin tezliklə tam başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.
http://azertag.az/xeber/841422

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN