Göyçay rayonunda ailə münaqişəsi ölümlə nəticələndi

Tarix: 25-3-2015 // saat: 01:19
Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini 50 yaşlı Vəzir Ağasəlim oğlu İbrahimov və 41 yaşlı həyat yoldaşı Gülnarə Əkbər qızı İbrahimova arasında  dava baş olub. Kişi qadını döyüb, qadın isə mətbəxdən götürdüyü bıçaqla ərinin ayağının bud nahiyəsinə xəsarət yetirib. Damar kəsildiyindən Vəzir İbrahimov qısa vaxtda çoxlu qan itirib. Xəsarət alan Rayon Xəstəxanasına çatdırılsa da, Vəzir İbrahimov çoxlu qan itirməsi səbəbindən dünyasını dəyişib. Əməli törətməkdə təqsirli bilinən Gülnarə İbrahimova saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN