Kürdəmirdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Tarix: 23-3-2015 // saat: 20:15
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Qazax rayon sakini Cavid Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə, Qazax istiqamətində hərəkət edən Şəmkir rayon sakini Əbülfəz Əliyevin idarə etdiyi “Mercedes Vita” markalı sərnişin mikroavtobusu qarşı- qarşıya gələrək toqquşub. C. Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına çəkən zaman arxadan gələn “VAZ -2107” markalı minik avtomobil  Ə. Əliyevin idarə etdiyi sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə “VAZ” markalı maşında olan 1 nəfər dünyasını dəyişib, 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN