Ağsunun Gəgəli kəndində festival keçirilib - VİDEO

Tarix: 18-3-2015 // saat: 21:13
Ağsu rayonunun Gəgəli kəndində “ I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı” təşkil edilib. El Tv( Region Tv) xəbər verir ki, tədbir Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Festivalda müxtəlif folklor qruplarının hazırladıqları əyləncəli proqramlar nümayiş olunur, sərgi-yarmarkaları, oturma gecələri keçirilir, tonqallar qalanır. Orta Əsr Ağsu şəhəri ilə tanış olmaq istəyən qonaqlar üçün tur təşkil edilir. Festival iştirakçıları kənddəki evlərdə yerləşiblər. Festival 3 gün davam edəcək.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN