Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

Tarix: 18-3-2015 // saat: 20:45
Xalqımızın  əziz bayramı - Novruz  respublikamızın hər yerində olduğu kimi Şamaxıda da, geniş qeyd olunur. Bayram münasibətilə şəhərin Heydər Əliyev parkında təşkil olunan tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrindən gələn minlərlə sakin iştirak edib.Tədbir iştirakçıları əvvəlcə parkda təşkil olunmuş sənaye məhsulları və İncəsənət Təhsil Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçib. Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən parkda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələrinin nümayiş olunduğu  sərgilər,  o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli yemək növləri maraqla qarşılanıb. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şənlik iştirakçılarını və bütün şamaxılıları bayram münasibətilə təbrik edərək xoş arzularını bildiib.Qeyd olunub ki,Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqımızın bir çox adət-ənənələri, bayramları yenidən bərpa edildi. Xüsusi vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Novruz bayramının ölkəmizdə rəsmi qaydada keçirilməsi də, məhz Heydər Əliyevin adı və onun vətənpərvər, millətsevər fəaliyyəti ilə bağlıdır. Ulu Öndər paytaxtda Novruz bayramı münasibətilə keçirilən xalq şənliklərində mütəmadi olaraq iştirak etmiş, sadə vətəndaşların bayram əhval-ruhiyyəsini, sevincini bölüşmüşdür. Bu, Ulu Öndərin Novruz bayramına olan diqqətinin, xüsusi münasibətinin təzahürü idi. İcra başçısı çıxışının sonunda bildirib ki, biz qəti əminik ki, müharibəyə, hər hansı bir qarşıdurmaya yox deyən xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ torpaqlarında da sülhə nail olacaq. Cıdır düzündə çatılan bayram tonqallarımız Şuşa qalasında dalğalanan üçrəngli bayrağımıza baxıb daha da gur işıq saçacaqdır. Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb, xalqımızın adət-ənənələri mərasimi daha da, canlandırıb. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN