Şamaxıda qəbul

Tarix: 18-3-2015 // saat: 20:40
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 17-də Şamaxıda bölgənin sakinlərinin qəbulun keçirib. Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlər, əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər köməkliyin göstərilməsi barədə olub. Qəbul zamanı bir sıra müraciətlər operativ surətdə yerindəcə həll edilib. Bəzi müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri barədə ətraflı izahatlar verilib. Habelə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə aidiyyəti üzrə baxılmaqdan ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata götürülüb. Qəbulda Şamaxı ilə, yanaşı  İsmayıllı, Qobustan və Ağsu rayonlarından olan sakinlər iştirak edib.



Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN