İsmayılli rayonunun 2 kəndinə mavi yanacaq verilib

Tarix: 14-3-2015 // saat: 13:58
Rayonunun Böyükmərc və Kökəltmə adlanan yaşayış məntəqələrinə ilk dəfə olaraq təbii qaz verilib. Ümumilikdə 105 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 min 730 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 105 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.İctimaiyyət nümayəndələri yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN