Amerkanın “Break of Reality” musiqi simli kvarteti İsmayıllıda

Tarix: 14-3-2015 // saat: 13:54
 Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və dostluğu təşviq etmək məqsədilə mütəmadi olaraq mədəniyyət proqramları həyata keçirilir. Bunun üçün  musiqi  kollektivlərinin  mübadiləsi  əsasında hər iki ölkədə  konsertlər təşkil olunur. 2015-ci il mart ayının  10-dan 18-dək Azərbaycanda səfərdə olan  Amerkanın  “Break of Reality”  musiqi simli kvarteti İsmayıllıya gələrək ictimaiyyət üçün  tam açıq olan konsert verib. “Gənclər mərkəzi”nin tamaşa  zalında baş  tutan konsertdə 400-ə qədər  gənc iştirak edib. Rayon İcra hakimiyyətinin rəhbərliyi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinə, simli kvartetin üzvlərinə  konsertə görə təşəkkür edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN