Şamaxıda IV Beynəlxalq Muğam Festivalına həsr olunan konsert keçirilib

Tarix: 14-3-2015 // saat: 13:51
Şamaxıda Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən IV Beynəlxalq Muğam Festivalına həsr olunan  konsert keçirilib. “Bayatı Şiraz”la “Şur” dəstgahına həsr olunan konsert Respublikanın xalq artisti Gülyanaq Məmmədovanın və tələbələrindən Nigar Rəhimova, Xalid İmanov, Anar Abbasov və Şəfəq Xəlillinin ifası ilə keçirilib. İfadan əvvəl Gülyanaq Məmmədova muğama verilən böyük dəyərə görə Ölkə Prezidentinə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Xalq artisti ifa olunacaq dəstgahın tarixi, şöbələri haqqında ətraflı məlumat verib. Rayon ictimaiyyətinin, muğam biliciləri və muğamsevərlərin iştirak etdiyi konsertdə səs imkanları, seçilmiş qəzəllər və bir çox təsniflər vəhdət təşkil edərək, dinləyicilərə zövq verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN