Saatların əqrəbi 1 saat irəli çəkiləcək

Tarix: 14-3-2015 // saat: 10:23
Martın 28-dən 29-na keçən gecə Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.

“Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblər bir saat irəli çəkilir.

Martın 29-da saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN