Göyçay rayonunda qətl

Tarix: 10-3-2015 // saat: 18:26
Hadisə Çaxırlı kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elşən Sədiyar oğlu qonşusu, 22 yaşlı Əliyev Rahib Yaşar oğlunu bıçaqlayaraq  qətlə yetirib. Beləki, şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ürək, boğaz və qarın nahiyələrindən 3 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Beləki, gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmiş. Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN