Ağac əkini davam edir

Tarix: 8-3-2015 // saat: 19:30
“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən  I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 2014-cü ilin  oktyabr-noyabr aylarında rayon ərazisində başlanılmış ağacəkmə kompaniyası cari ilin mart ayında yenidən start verilmişdir. 07 mart 2015-ci il tarixdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən İsmayıll-Muğanlı avtomagistral yolunun 25-40 km-də, eləcə də bələdiyyələrin ərazilərində 2500-dən çox ağac əkilmişdir. Ağac əkini zamanı əsasən yerli şəraitə uyğun akasiya, ağcaqayın, qovaq, göyrüş və s. tinglərindən istifadə olunmuşdur.
Əkilən ağaclar mühafizə olunması və qulluq göstərilməsi məqsədilə idarə və təşkilatlara təhkim olunmuşdur.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN