Ağsuda xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görülür

Tarix: 9-3-2015 // saat: 19:26
Ağsu rayonunda kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Rayon bitki mühafizə mərkəzindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ötən payızda cari ilin məhsulu üçün 33.131 hektar sahədə taxıl əkilib. Hazırda əkin sahələri kollanma fazasını keçirir. Hələlik rayon üzrə 368 hektar sahədə yazlıq tərəvəz bitkiləri də əkilib. Bundan əlavə, Ağsuda 309 hektarda üzüm, 3.512 hektarda meyvə bağı vardır. Əlbəttə, yüksək məhsulun əldə edilməsi əkin sahələrində, bağlarda xəstəlik və zərərvericilərin vaxtında aşkarlanmasından, səmərəli mübarizə tədbirlərinin görülməsindən çox asılıdır. Qeyd edək ki, hazırda bütün ərazilərdə bununla əlaqədar monitorinqlər aparılır. İşlərin daha səmərəli təşkili üçün fiziki şəxslərlə əlaqələr yaradılıb. Hələlik taxıl sahələrinin 2.240 hektarında siçanabənzər gəmiricilərin, 1.352 hektarda isə taxıl böcəyinin yayılması yoxlanılıb. Bu iş bütün əkin sahələrində aparılacaq. Hazırda qonşu Kürdəmir, Hacıqabul və Şamaxı rayonları ilə sərhəd ərazilərdə çəyirtkəkimilərə qarşı vaxtında və operativ mübarizə aparılması üçün onların yumurtalarının aşkarlanması məqsədilə yoxlamalar keçirilir. Cari mövsümdə bu təhlükəli zərərvericilərə qarşı 4.500 hektarda mübarizə aparılması proqnozlaşdırılıb.
Rayonda, 297 hektar məhsuldar üzüm bağının 216 hektarında monitorinq keçirilib və fermerlərə 187 hektarda müalicənin aparılması üçün lazımi məsləhətlər verilib. Bu iş mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
Rayonda hələlik karantin təhlükəli alaq otları və zərərvericilər aşkarlanmayıb. Qeyd edək ki, bu təhlükəyə qarşı mübarizə tədbirləri dövlət vəsaiti hesabına aparılır.
http://azertag.az/xeber/837780

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN