İsmayıllıda Beynəlxalq Qadınlar Günü

Tarix: 7-3-2015 // saat: 20:44
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə düzənlənən bayram tədbiri  ilk olaraq  Rayon İcra Hakimiyyətinin  akt zalında  başlayıb. Fəal qadınlara rayon icra hakimiyyətinin hədiyyələri və təşəkkürnamələri təqdim olunub.Sonra tədbir şadlıq sarayında davam etdirilib. 200 nəfərə qədər xanımının iştirak etdiyi bayram tədbirində rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov cəmiyyətdə və ailədə qadınların rolundan danışıb, onların ictimai həyata , ailəyə mənəvi dayaq olduqlarını söyləyib. Vurğulanıb ki,  ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd olunub ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Xanımların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir. Tədbirdə rayonun ictimai-mədəni həyatında fərqlənən qadınlara təşəkkürnamələr və hədiyyələr təqdim edilib. Bədii hissə ilə davam edən bayram tədbirində musiqiçilər konsert proqramı ilə çıxış edib. Toğrul Qasımovun ifasında Tofiq Bayramın “Qadın ürəyi” şeiri səsləndirilib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN