Ağsuda Beynəlxalq Qadınlar Günü

Tarix: 7-3-2015 // saat: 20:39
Mərasimdə qeyd olunub ki,Ağsu əhalisinin, demək olar ki, yarısını qadınlar təşkil edir. Təkcə idarə, müəssisə və təşkilatlarda 2 024 nəfər qadın çalışır. Onlardan 27 nəfəri dövlət qulluğundadır. 100 nəfər qadın bələdiyyə üzvü, 27 nəfər isə, bələdiyyə sədridir. Ümumiyyətlə Ağsu qadınları rayonun ictimai-mədəni həyatında fəallıq göstərirlər. Bayram süfrəsi arxasında təşkil olunan mərasimdə Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edilib. Bayram mərasimində konsert proqramından sonra qadınlara bayram hədiyyəsi verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN