Dövlət Film Fondunda Səməndər Rzayevin 70 illik yubileyi qeyd olunub

Tarix: 5-3-2015 // saat: 21:36
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilən yubiley tədbirində S.Rzayevə həsr edilən fotosərgi nümayiş olunub, həyat və yaradıcılığı haqqında videoçarx göstərilib. Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev bildirib ki, Səməndər Rzayevin yaratdığı obrazlar Azərbaycan kinosunun inkişafında böyük rol oynayıb. Aktyor kinoya 60-cı illərdə gələn istedadlı aktyor nəslinin nümayəndəsi olub. S.Rzayevin sənət dostları kinoşünas Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov və başqaları aktyorla bağlı xatirələrini bölüşüblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN