Şamaxı rayonunda avtomobil qəzasında iki nəfər ağır xəsarət alıb

Tarix: 27-2-2015 // saat: 21:00
 Hadisə Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakini, 23 yaşlı Qədirov Ruslan Ağasəlim oğlunun idarə etdiyi 90-KD-227 dövlət nömrə nişanlı VAZ-21015 markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü ilə yanaşı sərnişin, Qobustan rayon sakini, 1997-ci il təvəllüdlü Dəmirov Fəqan Nizami oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki şəxs  Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.Onların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN