Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün rayonlarında olduğu kimi, Şamaxıda da, əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılıb, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə qrafik tərtib olunub. Tibbi müayinələrin keçirilməsi üçün rayon mərkəzi xəstəxanasında və müalicə diaqnostika mərkəzində ciddi hazırlıq işləri görülüb, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.Əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Əhali yüksək ixtisaslı, təcrübəli həkimlər, tibb işçiləri tərəfindən hərtərəfli tibbi müayinədən keçirilir. Tibbi müayinələr nəticəsində xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur. Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən, işin təşkilindən razı qaldıqlarını, əhalinin sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Xəstəlik müəyyən olunmuş şəxslər müalicə edilməkdən ötrü aidiyyatı üzrə istiqamətləndirilir Beləki,2 434 nəfər ambulator, 41 nəfər stasionar müalicəyə cəlb olunub. 81 nəfərsə Bakı şəhərindəki müvafiq xəstəxənalara göndərilib. Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcək.