Göyçayda Xocalı sakinləri ilə görüş keçirilib

Tarix: 26-2-2015 // saat: 17:26
Göyçay rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat verib. Bildirib ki, son illər Aərbaycan höküməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.Bu istiqamətdə müəyyən nəticələr əldə edilir. Digər çıxış edənlər Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildiriblər. Görüşdə həmçinin Xocalıdan olan məcuri köçkünlərin sosial problemləri ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN