Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan açıq rayon birinciliyi Kürdəmir Şahmat Məktəbində təşkil olunub. Xatirə turnirinə kənd və şəhər məktəblərindən olan 85-ə yaxın iti zəka sahibi qatılıb. İsveçre sistemi üzrə, FIDE qaydalarına əsasən keçirilən turnir 11 turdan ibarətdir və şəxsi-komanda xarakteri daşıyır. Fevralın 17-dən start verilən birincilik şahmatçıların gərgin mübarizəsi şəraitində keçib. Yarışlar beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunub. Yarışın keçirilməsində məqsəd Xocalı faciəsinin qurbanlarını anmaqdır. Yarışda fərqlənən şahmatçılar diplom medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Turnirdə İlk üç yeri tutan iti zəka sahibləri isə zona birinciliyində qüvvələrini sınayacaqlar.