2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” seçilib

Tarix: 26-2-2015 // saat: 11:18
Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir.Göstərilənlərdən əlavə, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq olunmuşdur. Yeni Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilmişdir.
Bu münasibətlə cari ilin 4 mart 2015-ci il tarixində saat 12.00-da Bakı şəhərində yerləşən Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının Təqdimat mərasimi keçiriləcəkdir.
Məsələ ilə əlaqədar Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN