SU ÇƏRŞƏNBƏSİ

Tarix: 24-2-2015 // saat: 19:56
Bu gün ilk çərşənbə - Su çərşənbəsidir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır, üzərində atlanırlar. Xalqımız Novruz bayramına 4 həftə qalanda həyat üçün vacib olan dörd ünsürlə -(su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edir. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Yel, Torpaq. Novruzun  çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə" də, deyilir. Bu il Su çərşənbəsi fevralın 24-nə düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Bayramınız Mübarək!

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN