Şamaxıda iki qardaş bıçaqlanıb

Tarix: 24-2-2015 // saat: 11:37
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şamaxının Şəhriyar qəsəbəsində qeydə alınıb. 21 yaşlı Manafov İsmayıl Pənah oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Manafov Ramil Pənah oğlu bıçaqlanıb. Xəsarət alan qardaşlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Əməli törətməkdə təqsirlin bilinən Samir İbrahimov hadisə yerindən qaçıb. Samir İbrahimovun tutularaq istintaqa təhvil verilməsi üçün Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN