İsmayıllı rayonunda “Xocalıya Ədalət” kitabının təqdimatı keçirilib

Tarix: 23-2-2015 // saat: 15:54
İsmayıllı rayon Mədəniyyət sarayında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Xocalıya Ədalət” kitabının böyük əhəmiyyətindən danışıb.Bildirib ki, kitab zəngin fakt və sənədlərlə əhatələnmiş, tarixi həqiqətlərin önəmli bir toplusu kimi dünyanın 40-dan çox ölkəsində təbliğat kampaniyası çərçivəsində yayılıb. Bu kitab gənclərin vətənpərvərlik tərbiyəsində çox böyük rol oynayır.
Çıxış edənlər Leyla xanımın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətini diqqətə çatdırdırıblar. Hələlik beynəlxalq təşkilatların, dünya ölkələrinin biganə qaldıqları Xocalı qətliamının türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğu qeyd olunub.
Kitab “Xocalıya Ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr edilmişdir. “Xocalıya Ədalət” kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN