Ağsuda polis əməkdaşı intihar edib

Tarix: 22-2-2015 // saat: 20:41
Yerli sakinlərin məlumatına görə, hadisə ötən gün saat 09:00 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.Ağsu Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb. Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN