Göyçayda 82 yaşlı piyadanı maşın vurub

Tarix: 22-2-2015 // saat: 20:37
Hadisə, bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil  yolu keçən Qarabaqqal kənd sakini, 1933-cü il təvəllüdlü Məhərrəmov Soltan Əhməd oğlunu vurub. Avtomobilin sürücüsü S. Məhərrəmovu xəstəxanaya çatdırıb. Lakin  müxtəlif dərəcəli bədən xəsarətləri alan 82 yaşlı Soltan Məhərrəmov həkimlərin səyinə baxmayaraq 20 dəqiqə sonra dünyasını dəyişib.
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN