Şəhidimiz Qobustanda dəfn edilib

Tarix: 21-2-2015 // saat: 23:56
Şəhid Cavadov Zəlimxan Eybalı oğlu bu gün Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn olunub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub. Şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyirik!
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN